“Hədis” animasiya filminin premyerası oldu

“Hədis” animasiya filminin premyerası oldu
5 iyun 2023
# 10:38

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar YARAT Müasir İncəsənət Mərkəzində “Hədis” qısametrajlı animasiya filminin milli premyerası keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Animasiya Assosiasiyasından verilən məlumata görə, rejissoru Nəzrin Ağamalıyeva olan “Hədis” filmi simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib. Ekran əsəri İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

Tədbirin əvvəlində muğam musiqisi səslənib. Tarzən Əfqan İsgəndərov, xanəndə Mirəli Sarızadə, kamança ifaçısı Fərid Babayev tamaşaçılar üçün “Ayrılıq” və “Qaragilə” mahnılarını ifa ediblər.

Filmin nümayişindən sonra yaradıcı kollektivlə sual-cavab sessiyası olub.

Xatırladaq ki, bu il “Hədis” filmi dünyanın ən böyük və aparıcı animasiya festivalı kimi tanınan Annesi Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. Film müsabiqədə 112 ölkədən 3250 film arasından seçilib. Qeyd edək ki, qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Annesi müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.

Filmin prodüseri Rəşid Ağamalıyev, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovadır, montajçı Jorge Sánchez Calderon, bəstəkar Ondrej Zavadildir. Filmi səsləndirən Zöhrə Kərimi, redaktor Rafiq Məmmədlidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin mahnısı səslənir.

“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyi ilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

# 1812 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər