"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro
5 oktyabr 2026
# 12:15

Bu gün görkəmli Fransa maarifçisi, filosof və yazıçı, ensiklopedist Deni Didronun doğum günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Nağıl danışmaq nə qədər də asandır!

Tanrıya inanmağımı istəyirsənsə, ona toxunmağıma imkan ver.

Ən təhlükəli dəlilər dinin yaratdığı dəlilərdir.

İnsanlar oxumağı dayandıranda düşünməyi də dayandırırlar.

Ölüm həyat qədər təbii olduğu halda, nə üçün ondan bu qədər qorxuruq?

İnsanlar fəziləti tərifləyirlər, amma ona nifrət edir, ondan qaçırlar.

Tanrının varlığı ən ali və ən faydasız həqiqətlər sırasına daxil olmağa başladı.

Şübhəçilik həqiqətə gedən ilk addımdır. O, ümumi şəkildə tətbiq olunmalıdır, çünki bu, sınaq daşıdır.

Bir fərziyyəni sarsıtmaq üçün bəzən onu gedə biləcəyi son nöqtəyə qədər sıxışdırmaq kifayətdir.

Hər şey incələnməli, müzakirə olunmalı, müstəsnasız olaraq araşdırılmalı və heç kimin hisslərinə baxılmamalıdır.

Tanrıya inanan və insanları dürüst edənin yaxşı qanunlar deyil, din olduğunu düşünən bir millət mənə inkişaf etmiş görünmür.

Bizə həvəslə təqdim olunan hər bir yalanı tamahkarlıqla uduruq, acı həqiqəti isə qurtum-qurtum içirik.

Fanatizmdən barbarlığa keçid bir addımdır.

İnsanlar iki yerə bölünür: tanıdıqca gözündə böyüyənlər və tanıdıqca kiçilənlər.

Filosoflar heç vaxt din xadimi öldürməyiblər. Buna baxmayaraq, din xadimləri çoxlu filosof öldürüblər.

Kor təhlükəni görmədiyi üçün cəsarətli olur.

Fəlsəfəyə ilk addım inamsızlıqdır.

Yeganə dostum kitablarım, yeganə düşmənim isə cahil dostlarımdır.

Dostumun qüsurları haqqında yalnız onun özü ilə danışaram.

Hər şeyi edən ürək deyil, ağıldır.

Heç kim məni özümdən yaxşı tanıya bilməz.

Ən xoşbəxt şəxslər başqalarına xoşbəxtlik bəxş edənlərdir.

Açıqca nifrət etmək gerçək düşüncəni gizlətməkdən daha alicənab hərəkətdir.

Minnətdarlıq ağır bir yükdür, heç kim yük daşımaq istəməz.

Səhv yola düşəndə sürətləndikcə daha çox azarsan.

Ümid gələcəyi xatırlamaq, xoşbəxtlik isə keçmişi unutmaq sənətidir.

Biri mənə həqiqəti axtarmağı tapşıra bilər, onu tapmağı deyil.

İnsan həyatının dörddə üçünü bacarmayacağı şeyləri arzualamaqla keçirir.

Oxumağı bacarırsansa, hər insanın bir kitab olduğunu görərsən...

# 84 dəfə oxunub

Oxşar xəbərlər

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

13:15 5 oktyabr 2026
Mollanəsrəddinçi “Şeypur”  jurnalı

Mollanəsrəddinçi “Şeypur” jurnalı

13:00 5 oktyabr 2026
İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

12:40 5 oktyabr 2026
2027 Paris Moda Həftəsi yekunlaşdı

2027 Paris Moda Həftəsi yekunlaşdı

11:30 5 oktyabr 2026
Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə

Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə

10:50 5 oktyabr 2026
Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

10:11 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər