"Hazır sistemi ələ keçirirlər, ancaq idarə edə bilmirlər" - Yalçın İslamzadə

"Hazır sistemi ələ keçirirlər, ancaq idarə edə bilmirlər" - Yalçın İslamzadə
2 iyul 2025
# 09:20

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

"Hindistanlılar təkcə inək sağmağı bilirdilər. İnəkləri bəsləyib, daha çox süd sağmadılar. Artıq hər dükan və müəssisədə "qara üzlər" var. Uqandadakı bütün böyük avtomobilləri əvvəlki kimi qaniçənlər deyil, afrikalılar sürürlər. Afrikanın qalanı da bizdən görüb-götürə bilər".

İdi Amin, Uqanda prezidenti

İdi Amin Uqandada yaşayan hindistanlıların ölkəni tərk etmələrini əmr etdi. Hindistanlılar əsasən ticarət və istehsalatla məşğul idilər. Onların məcburi deportasiyasından sonra sahib olduqları 5000-dən çox dükan və müəssisə uqandalılara verildi.

Ancaq bir müddət sonra təçhizat zənciri pozuldu, büdcəyə ödənilən vergilər kəskin azaldı, birçox müəssisə və dükan bağlandı, infilyasiya xeyli artdı.

Çünki, hindistanlını (onlara "qəhvəyi yəhudilər" deyirdi) uqandalı ilə əvəz edəndə hindistanlının bacarıq və motivasiyası avtomatik olaraq uqandalıya transfer olmurdu.

Bu həmin İdi Amindir ki, özünü "Şotlandiyanın axırıncı kralı" elan etmişdi (eyni adda kinofilm də var) və ayaqqabı almaq üçün əvvəlcədən xəbər vermədən İngiltərəyə rəsmi səfərə getmişdi.

Qısqanc qövmlər elə bilirlər ki, başqa bir qövm iqtisadi sahələri işğal edib və onlar buna görə geri qalıblar. Özlərində olmayan motivasiya və bacarıqların onlarda olduğunu qəbul etmirlər.

Hazır sistemi ələ keçirirlər, ancaq idarə edə bilmirlər. Bir sistemi qurmaq qədər, onu işlətmək və inkişaf etdirmək də bacarıq tələb edir.

# 2087 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər