Gürcüstanın Müstəqillik Günü münasibətilə konsert keçirilib

Gürcüstanın Müstəqillik Günü münasibətilə konsert keçirilib
25 may 2025
# 12:29

Heydər Əliyev Mərkəzində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. Burada məşhur gürcü ifaçıları, o cümlədən Şvidkasta musiqi qrupu çıxış edib.

Kulis.az .azxəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.

“Biz irimiqyaslı birgə regional layihələr həyata keçiririk. Bundan başqa, mədəniyyət sahəsində əməkdaşlıq fəal və səmərəli inkişaf edir”, - deyə o, vurğulayıb.

Diplomat Azərbaycanı qarşıdan gələn milli bayram, mayın 28-də qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib.

Sonra tədbirdə Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edib. O, Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlərinin əsrlər boyu inkişaf etdiyini, hazırkı tədbirin iki ölkə arasındakı əlaqələrin sarsılmazlığının bariz nümunəsi olduğunu vurğulayıb.

“Azərbaycan bizim üçün təkcə yaxın qonşu deyil, həm də təhlükəsizlik, sülh, dostluq və mehriban qonşuluq rəmzidir. Biz bu münasibətlə fəxr edirik”, - deyə Ruxadze bildirib.

Jurnalistlərlə söhbətində Gürcüstanın mədəniyyət naziri ölkələrimiz arasında çox sıx və güclü mədəni əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşdüyünü söyləyib.

“Biz Gürcüstan ilə Azərbaycan arasında mədəni layihələri, eləcə də gələcəkdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Əminəm ki, bizi gələcəkdə daha da intensiv münasibətlər, fəal qarşılıqlı fəaliyyət və bir çox yeni birgə təşəbbüs gözləyir”, - deyə T.Ruxadze vurğulayıb.

Konsertdə gürcü və Azərbaycan mahnıları səsləndirilib.

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər