Gürcüstanda azərbaycanlılar haqda sənədli film çəkildi

Gürcüstanda azərbaycanlılar haqda sənədli film çəkildi
26 may 2022
# 10:30

Gürcüstanda fəaliyyət göstərən “Qırmızı körpü” qeyri-hökumət təşkilatının (QHT) illik hesabatı təqdim olunub və təşkilatın ərsəyə gətirdiyi “Mağiare” (“Məni tanı”) sənədli filmi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş filmdə qonşu ölkədə yaşayan və fiziki məhdudiyyətli etnik azərbaycanlıların üzləşdikləri çətinliklərdən bəhs olunur.

Gürcüstanın Milli Parlament Kitabxanasında keçirilən tədbirdə səfirliyin məsul əməkdaşları Anar Rəsulov, Tamerlan Tağıyev, QHT nümayəndələri, hüquq müdafiəçiləri, azərbaycanlı və gürcü gənclər iştirak ediblər.

“Qırmızı körpü” təşkilatının rəhbəri, tanınmış jurnalist Ceyhun Məhəmmədəli qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımızı Gürcüstan ictimaiyyətinə daha yaxından tanıtmaq, Azərbaycanın tarixini, mədəniyyətini təbliğ etməkdir.

Film barədə məlumat verən C.Məhəmmədəli deyib ki, sənədli filmdə Kaxeti və Kvemo Kartli bölgəsində yaşayan fiziki məhdudiyyətli soydaşlarımızdan bəhs olunur. Özlərini cəmiyyətindən tam təcrid olunmuş hesab edən bu dörd insanın əsas tələbləri onlara qarşı dövlətin diqqət və qayğısının artırılmasına, tamhüquqlu vətəndaş kimi sosial və digər xidmətlərdən istifadəyə nail olmaqdır”.

Onun sözlərinə görə, Gürcüstanın parlament və Ombudsman Aparatının nümayəndələri də həmin insanların vəziyyəti ilə tanış olublar. Hər iki qurumun nümayəndələri etiraf edirlər ki, fiziki imkanları məhdud şəxslərlə bağlı bir sıra problemli məsələlər mövcuddur və xüsusən də bu qrupa daxil olan etnik azlıq nümayəndələri daha çox problemlərlə üzləşirlər.

Təqdimat mərasiminin sonunda təşkilatın fəal üzvlərinə sertifikatlar təqdim edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi adından QHT-yə iki ədəd noutbuk hədiyyə edilib.

# 2171 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər