Güneyli rejissor: "Son nəfəsimizi çəkirik"

Güneyli rejissor:  "Son nəfəsimizi çəkirik"
27 aprel 2023
# 13:30

Aprelin 27-də Azərbaycan dilində olan “Malı çox, günü qara” tamaşası Təbrizin 22 Bəhmən kinokompleksinin Siyami zalında nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə tamaşanın rejissoru Yaqub Sədiq Camal məlumat verib.

Rejissor Təbrizin “Sorxeyi” sarayında bir qrup sənətçi, həvəskar və media mənsublarının iştirakı ilə “Malı çox, günü qara” komediya tamaşasının afişasının açılış mərasimində çıxış edib.

O, Səməd Behrənginin əsəri əsasında hazırlanan “Balaca qara balıq” tamaşasının maliyyə problemləri və başqa məhdudiyyətlər səbəbindən səhnədən yığışdırıldığını söyləyərək, Təbrizdə sənət adamlarının ağır durumundan gileylənib:

“Son nəfəslərimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq hamını yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.

Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor hekayələri əsasında hazırlanıb.

# 2094 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər