Günay Əfəndiyeva VII Hun-Türk Qurultayının iştirakçılarına məktub yolladı

Günay Əfəndiyeva VII Hun-Türk Qurultayının iştirakçılarına məktub yolladı
15 avqust 2022
# 17:00

Macarıstanın Buğac bölgəsində 12-14 avqust tarixlərində Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun – Türk Qurultayı gerçəkləşdirilib.

Kulis.az xəbər verir ki, Türk dünyasının birliyini təcəssüm etdirən beynəlxalq Qurultay Macarıstanın Budapeşt, Keçkement, Şiofok şəhərlərində də coşğuyla qeyd olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Mən əminəm ki, Qurultaya qatılan hər bir Türk minilliklərə söykənən mədəniyyətin davamçısı və parçası olduğu üçün böyük fəxarət duymaqdadır. Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynamaqdadır”.

Fondun prezidenti türk xalqları arasında birlik və bərabərliyin möhkəmləndirilməsində son dərəcə əhəmiyyətli olan Hun-Türk Qurultayının təşkili münasibətilə Macar-Turan Fondunun prezidenti Andraş Bironu və əməyi keçən hər kəsi təbrik edib: “Bu cür maraq və əks-səda doğuran tədbirlərin, qürurlu anların Türk Dünyasının dörd bir yanında, o cümlədən Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühim önəm daşımaqdadır. Beləliklə, Türklər olaraq, öz şanlı keçmişimizi bir daha xatırlayacaq, bugünümüzə nəzər salacaq və güc alaraq, əl-ələ parlaq gələcəyə doğru irəliləyəcəyik”.

Eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VII Hun - Türk Qurultayında dəstəkçi təşkilat kimi çıxış edib. Fondun və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tanınmış tarzəni Arslan Növrəsli, Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, Kamran Kərimov, kamança ustası Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu Qurultayda iştirak edib. Sənətçilərin Türk Dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

# 4112 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər