Günay Əfəndiyeva Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib

Günay Əfəndiyeva Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30 yanvar 2023
# 16:15

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Veszprem şəhərinin 2023-cü il Avropanın Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar Macarıstana səfər edib və rəsmi açılış mərasimində iştirak edib.

Kulis.az xəbər verir ki, tədbirdə Macarıstanın Prezidenti Katalin Novak, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Macarıstanın regional inkişaf naziri Tibor Navracsics, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak, Veszprem bələdiyyəsinin sədri Gyula Porga, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari, Macarıstanda akreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər qatılıb.

Tədbir çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva Macarıstanın Prezidenti Katalin Novak, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak və Veszprem bələdiyyəsinin sədri Gyula Porga ilə görüşüb. Görüşlərdə Macarıstan ilə Türk ölkələri arasında tarixi dostluq bağlarından bəhs olunub. Müasir dövrdə bu münasibətlərin uğurlu inkişafına toxunulub. Gələcək əməkdaşlığın perspektivləri haqqında söhbət aparılıb.


# 1955 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər