Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüş keçirdi

Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüş keçirdi
1 fevral 2023
# 12:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Bakıya səfər edən Dünya Gənc Türk Yazarlar Birliyinin türk dövlətlərinin şair və yazıçılarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı təmsil edən gənc şair və yazıçılar iştirak ediblər.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının folklorunun, ədəbiyyatının və incəsənətinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması yönündə genişmiqyaslı fəaliyyətindən bəhs olunub. Fond tərəfindən türk dövlətlərinin dahi mütəfəkkirlərinin, görkəmli ədiblərinin irsinin təbliği istiqamətində həyata keçirilmiş layihələr ortaq türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə kimi qiymətləndirilib.

Ümumtürk dəyərlərinin gələcək nəsillərə ötürülməsində müasir dövrdə yetişən türk xalqlarının gənc qələm sahiblərinin üzərinə düşən önəmli missiyalar qeyd olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dövlətlərinin şair və yazıçılarının bir araya gətirilməsinə, eləcə də onların əsərlərinin işıqlandırılmasına dəstək verməyə hər zaman hazır olduğu vurğulanıb.

Fondun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən hazırlanan nəşrləri qonaqlara təqdim edib.

Görüş gələcək mümkün birgə layihələrin perspektivlərinin dəyərləndirilməsi ilə davam edib.

Görüşün sonunda xatirə şəkilləri çəkilib.

# 2629 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər