Günay Əfəndiyeva Qazaxıstanın Mədəniyyət və İdman naziri ilə görüşdü

Günay Əfəndiyeva Qazaxıstanın Mədəniyyət və İdman naziri ilə görüşdü
4 may 2023
# 14:30

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Asxat Oralovla görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə nazir Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini türk xalqlarının mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə dəyərli töhfə kimi qiymətləndirib.

Fondun ümumtürk irsinin ayrılmaz parçası Qazaxıstanın zəngin tarixi və mədəni irsinin təbliği yönündə həyata keçirdiyi layihələri dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Nazir Türk Əməkdaşlıq Təşkilatları ilə mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən söz açıb. Fondun qurucu üzv ölkəsi Qazaxıstanla sıx qarşılıqlı əlaqələrindən bəhs edən Günay Əfəndiyeva, qazax xalqının görkəmli şair və mütəfəkkiri Abay Kunanbayevin, tanınmış dastançısı Jambul Jabayevin irsinin tanıdılması yönündə təşkilatın müxtəlif ölkələrdə apardığı işləri diqqətə çatdırıb.

O, bu xüsusda Fond tərəfindən Abay Kunanbayevlə bağlı yeni kitabın hazırlandığını da bildirib.

Görüşdə təşkilatla Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində "Otırar" beynəlxalq sənətkarlar sərgisinin və "Türk Xalqlarının Mənəvi Dəyərləri və Mədəni İrsi" mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi yönündə müzakirələr aparılıb. Fond ilə ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə dair perspektivlər dəyərləndirilib.

Günay Əfəndiyeva Asxat Aralova Fond tərəfindən nəşr olunmuş Türk Dünyasının mədəni irsini əks etdirən kitabları təqdim edib.

# 1940 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər