Günay Əfəndiyeva Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri ilə görüşdü

Günay Əfəndiyeva Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri ilə görüşdü
22 dekabr 2022
# 18:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Dauren Abayev ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının maddi-mədəni dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq miqyasda təbliği istiqamətində fəaliyyətindən, müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdən söz açılıb.

Fond tərəfindən təşkilatın qurucu üzv dövləti Qazaxıstanın mədəniyyətinin Avropada tanıdılması, qazax ədəbiyyatının görkəmli siması - şair, ictimai xadim, bəstəkar Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş poçt markalarının İspaniyada çap edilərək, dövriyyəyə buraxılması və həyata keçirilən digər layihələr yüksək qiymətləndirilib.

Tərəflər Fond ilə Qazaxıstan arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi yönündə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadilələri aparıb.

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər