“Gül dəftəri” çap olundu

“Gül dəftəri”  çap olundu
7 aprel 2026
# 13:30

Cinas bayatılar ustadı kimi tanınan Sarı Aşığın “Gül dəftəri” kitabı üçüncü dəfə çap olunub.

Kulis.az xəbər verir ki, şair İlham Qəhrəman tərəfindən toplanılaraq tərtib edilən yeni nəşr AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görüb.

Təkmilləşdirilmiş bu topluda Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş 1018 bayatı, 8 qoşma (2 təcnis), 33 bayatı-tapmaca və bağlamalar yer alıb. Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşıb, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirib, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib. Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır. Əvvəlki toplulardan fərqli olaraq üçüncü nəşrə Haqq Aşığının iki mənbədən götürülmüş 21 bayatısı əlavə edilib və indiyə qədər cavabsız qalmış bağlama və tapmacaların bir çoxunun açması düzgün qeyd olunub. Eyni zamanda oxucular yeni nəşrdə Sarı Aşıq haqqında el arasında yayılmış rəvayətlərlə də tanış ola biləcəklər.

Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük” verib. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülüb. 288 səhifəlik kitab İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş “Ön söz”üylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin xələflərə olan minnətdarlığının ifadəsi kimi diqqət çəkir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır.

# 1403 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər