“Gözəl və Bədheybət” tamaşası maraqla qarşılandı

“Gözəl və Bədheybət” tamaşası maraqla qarşılandı
22 iyun 2023
# 18:40

Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının kollektivi Şabran və Quba rayonlarına səfər edib.

Kulis.az xəbər verir ki, yaradıcı heyət hər iki rayonun mədəniyyət mərkəzində balaca teatrsevərlər üçün repertuarlarındakı baxımlı səhnə nümunələrindən olan “Gözəl və Bədheybət” tamaşasını təqdim ediblər.

Madam Leprens De Bomonun məşhur əsəri əsasında hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.

Tamaşada rolları teatrın aparıcı aktyorları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Rəhim Rəhimov, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov və Könül Nəsibova ifa edirlər.

Birhissəli uşaq tamaşasında fərqli texnikalarda hazırlanmış kuklalardan, eləcə də canlı planda kukla oyunu sintezindən istifadə olunur.

Musiqi və xoreoqrafik elementlərlə zəngin səhnə əsərində bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşması nümayiş etdirilir. Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.

Hər iki rayonda reallaşan nümayiş rayon ictimaiyyəti, xüsusən də balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Böyük tamaşaçı izdihamı və alqışlarla keçən hər iki tamaşalarda iştirak edən teatrsevərlər, xüsusən də Quba sakinləri uşaqlarda teatra maraq yaratmaq üçün belə nümayişlərin mütəmadi olmasını arzu ediblər.

Diqqət və marağa görə tamaşaçılara təşəkkür edən Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə kuklaçıların müxtəlif layihələr, sosial-mədəni aksiyalar çərçivəsində bölgələrə mütəmadi səfərlər etdiklərini, yeni mövsümdən həyata keçiriləcək ölkədaxili qastrollar siyahısına Qubanın da daxil olunacağını deyib. Həmçinin səfərin təşkili və yüksək səviyyədə reallaşmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

azertag

# 1889 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər