Görkəmli şair Məmməd İsmayılın doğma kəndində büstü ucaldıldı

Görkəmli şair Məmməd İsmayılın doğma kəndində büstü ucaldıldı
28 iyun 2026
# 20:16

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair-yazıçı, professor Məmməd İsmayılın anadan olduğu Tovuz rayonunun Əsrik kəndində bürüncdən ibarət büstünün açılışı olub.
​

Kulis.az xəbər verir ki, bu barədə şairin qızı Könül İsmayıl məlumat yayıb:

"Yaşadığı dövrdə mərdliyi, cəsarəti və heç vaxt əqidəsindən dönməməsi ilə seçilən bu böyük insanın həmin xarakteri büstündə də öz əksini tapmışdır. Öz arzusu və vəsiyyətinə uyğun olaraq, kəndə hakim bir təpədə, bütün doğma elini görə biləcəyi məkanda dəfn edilmişdir.

Allahdan Atama rəhmət diləyirik. Ruhun şad, məkanın cənnət olsun, Ata! Səni xatırlamadığımız bir an belə olmadı. Gedişin qəlbimizdə sağalmayan bir yara, silinməyən bir iz qoydu. Sən hər zaman qəlbimizdə yaşayacaqsan!'

Şairin xatirəsini yad etmək istəyənlər bu xiyabana – Əsrik kəndinin girişində yerləşən qəbiristanlığa üz tuta bilərlər.

​Qeyd edək ki, şair öz arzusu və vəsiyyətinə uyğun olaraq, kəndə hakim olan, bütün doğma elini ayaqları altında görə biləcəyi hündür bir təpədə dəfn edilib.

​Ailə üzvləri və sevənləri şairin yoxluğunu Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itki adlandıraraq, onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını, qoyub getdiyi zəngin ədəbi irsin heç vaxt silinməyəcəyini vurğulayıblar.

# 1058 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər