“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub
2 iyun 2025
# 15:25

“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” adlı fotolayihə həyata keçirilib.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində birliyin peşəkar fotoqraflarından ibarət komandası işğaldan azad olunan ərazilərdə tarixi-mədəni abidələrin fotoşəkillərini çəkib.

Layihənin tərkib hissəsi kimi birliyin əsas domeni üzərində irs.gilavar.az veb-saytı hazırlanıb və istifadəyə verilib. Veb-sayt bölgələr, abidlər, məbədlər, qalalar, saraylar, malikanələr, tikililər, bulaqlar, körpülər, təbiət və layihə bölmələrindən ibarətdir.

Veb-saytda Azərbaycan ərazisində mövcud olan yerli, ölkə və dünya əhəmiyyətli memarlıq abidələri, tarixi, mədəni və arxeoloji abidələr, məscidlər, məbədlər, kilsələr, daş fiqurlar, abidə kompleksləri, körpülər, bulaqlar, mağaralar, saraylar, yaşayış evləri və malikanələr, köhnə və yeni tikililərin fotoşəkilləri yerləşdirilib.

Hər məkan və obyekt haqqında qısa və dolğun məlumatlar, onların yerləşdiyi şəhər, rayon və kənd, abidənin əhəmiyyətlilik dərəcəsi, dövlət qeydiyyatına alınmış inventar nömrəsi, eləcə də coğrafi koordinatları yer alıb.

Qeyd edək ki, irs.gilavar.az veb-saytı “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən hazırlanıb.

# 1564 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər