"Gənclərin roman müsabiqəsi”nin qalibləri açıqlanıb

"Gənclərin roman müsabiqəsi”nin qalibləri açıqlanıb
15 dekabr 2022
# 13:37

TEAS Press Nəşriyyat Evinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Gənclərin roman müsabiqəsi” nin yekun nəticələri açıqlanıb.

Kulis.az xəbər verir ki, 3 iyun tarixində elan olunan və 7 ay davam edən üçmərhələli seçim prosesinin yekun nəticələrinə əsasən 3 nəfər gənc romançı qalibin adları məlum olub.

Dekabrin 15-də “LİBRAFF”ın “Park Akademiya” filialında keçirilən qalibləri mükafatlandırma tədbirində görkəmli yazıçılar, ictimai xadimlər, KİV nümayəndələri və tanınmış blogerlər iştirak ediblər. Təşkilatçılar qeyd etmişlər ki, müsabiqənin keçirilməsinin məqsədi ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni istedadların və imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etmək olmuşdur. Əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsi ilə oxuculara çatdırılmasından ibarətdir.

Yekun tədbirində münsiflər heyəti tərəfindən qaliblərin adları açıqlanıb və mükafatları təqdim olunub.

– I yer: Əşrəf Əşrəfov “Gecənin ən qaranlıq anı”
2000 (iki min) AZN pul mükafatı, romanın TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunması və təqdimatı;


– II yer: Həmzəyev Seymur- (“Nikolas Bonnet – Şərqə aparan hekayə”) 1500 (min beş yüz) AZN pul mükafatı;


– III yer İsmayılov Pərvin- (“Xanədan”)
1000 (min) AZN pul mükafatı.

Qeyd edək ki, TEAS Press Nəşriyyat Evi mütəmadi olaraq, hər il müxtəlif janrlar üzrə müsabiqələr həyata keçirir. Elə bu tədbirin sonunda da "TEAS Press" Nəşriyyat evi və "LIBRAFF" kitab mağazaları şəbəkəsi 15 dekabr Azərbaycanın Xalq şairi Ramiz Rövşənin doğum günü münasibətilə məktəblilər arasında qiraət müsabiqəsi keçiləcəyini və şairin şeirlərinin ən yaxşı qiraətçiləri üçün şirkətlər tərəfindən xüsusi "Ramiz Rövşən mükafatı"nın təsis olunduğunu elan ediblər.

# 3293 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər