"Gənclərin ən böyük problemi evdir" - Günel Natiq

Günel Natiq, yazıçı

Günel Natiq, yazıçı

20 fevral 2025
# 13:37

"Yeni evlilərin ən böyük problemi məhz ev məsələsidir. Boşanmaların səbəblərindən biri də budur. Əgər ev yoxdursa, hansı sabitlikdən danışmaq olar?"

Kulis.az xəbər verir ki, bu sözləri yazıçı Günel Natiq öz feysbuk hesabında yazıb:

"Bəzən gənc ailələr valideynlərinin artıq dolub-daşan mənzilində yaşamaq məcburiyyətində qalırlar ki, bu da öz növbəsində lazımsız mübahisələrə, narazılıqlara və gərginliyə səbəb olur. Digərləri isə kirayədə qalaraq maaşlarının böyük hissəsini ev haqqına sərf edir, nəticədə maliyyə çətinlikləri ilə üzləşirlər. Bir qisim isə ipoteka kreditinə girib illərlə borc ödəmək məcburiyyətində qalır. Halbuki insanın banka cüzi borcu olanda belə, rahat yata bilmir – bəs 20-25 illik kredit yükü altında necə yaşamaq olar?"

Onun dediyini görə, Sovet dövründə gənc ailələr daha az problemlə üzləşirdilər:

"Sovet dövründə ailələrin mənzil təminatı var idi. Bir neçə il işlədikdən sonra ev almaq mümkün olurdu. Hətta fəhlələrə belə Bakının mərkəzində mənzillər verilirdi. İndi isə bu sistem aradan qalxıb. Bir çoxları hələ də sovetdən qalan mənzillərini satıb daha uzaq yerlərdə bir neçə ev almağa çalışır, amma bu da bir müddət sonra mümkün olmayacaq. Çünki artıq dövlət tərəfindən pulsuz mənzil verilmir və ev almaq getdikcə daha çətin bir problemə çevrilir".

# 3102 dəfə oxunub

Oxşar xəbərlər

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər