Gənclər Kitabxanasında kitab sərgisi hazırlandı

Gənclər Kitabxanasında kitab sərgisi hazırlandı
1 avqust 2024
# 12:06

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə müəlliflər Ayşən Sadıqlının “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili”, Nizami Cəfərovun “Ümumi dilçilik”, Əlistan Əkbərovun “Müasir Azərbaycan dilinin üslubiyyatı”, Rəna Mahmudovanın “Azərbaycan dilinin lüğətçilik tarixi”, Buludxan Xəlilovun “Dil mədəniyyəti”, Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi”, Nizami Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” kimi 30-a qədər kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.

Bununla yanaşı kitabxanada “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı biblioqrafik siyahı sərgilənməkdədir.

1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

# 2328 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər