Gənclər Kitabxanasında Aprel döyüşləri ilə bağlı materiallar hazırlandı

Gənclər Kitabxanasında Aprel döyüşləri ilə bağlı materiallar hazırlandı
4 aprel 2024
# 12:40

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar təqdim olunub.

Kulis.az xəbər verir ki, materiallar arasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsindən videogörüntülər, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı ənənəvi kitab sərgisi və “Aprel döyüşləri – Zəfərin başlanğıcı” adlı biblioqrafik icmal yer alıb.

Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilərək, Prezident İlham Əliyevin döyüşün əhəmiyyəti haqqında söylədiyi fikirlər yer alıb.

Materialda Aprel döyüşləri haqqında sitatlar, şəhidlərin fotoşəkilləri və “Şəhidlik zirvəsinin fatehləri: bədii-sənədli əsər”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru”, “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kimi iyirmidən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim olunub.

“Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan videomateriallarda isə qəhrəman oğulların keçdikləri şərəfli döyüş yolundan bəhs edilib.

Aprel döyüşləri ilə əlaqədar hazırlanan materiallar ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

# 2657 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər