Gənclər Kitabxanası Gənclər Günü münasibətilə silsilə materiallar hazırlayıb

Gənclər Kitabxanası  Gənclər Günü münasibətilə silsilə materiallar hazırlayıb
2 fevral 2024
# 12:33

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar silsilə materiallar - videoçarx, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal hazırlayaraq istifadəçilərə təqdim edib.

Kulis.az xəbər verir ki, videomaterialda Gənclər Gününün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti - “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılması, gənclər üçün Prezident mükafatının təsis edilməsi, Könüllülük hərəkatı, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət sahəsində qəbul edilən proqramlar haqqında geniş məlumat verilib. Azərbaycan gəncliyinin elmi, mədəni, iqtisadi, siyasi sferalarda qazandığı uğurlar, cəlb olunduğu beynəlxalq layihələr işıqlandırılıb. Materialda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin gənclərə xitabən söylədikləri nitqlərdən parçalar da təqdim olunub.

“Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmalda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlər, mövzunu əhatə edən 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası, gənclik haqqında aforizmlər və digər maraqlı məlumatlar əks olunub.

Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal sərgilənib.

2 Fevral - Gəncləri Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1877 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər