Gənclər Gününə həsr olunmuş sərgi istifadəçilərə təqdim olundu

Gənclər Gününə həsr olunmuş sərgi istifadəçilərə təqdim olundu
2 fevral 2026
# 18:40

Milli Kitabxanada “2 Fevral - Azərbaycan Gəncləri Günüdür” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, ənənəvi sərgidə gənclər siyasəti ilə bağlı normativ-hüquqi sənədlər toplusu, Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti, Prezident İlham Əliyev və müasir Azərbaycan gəncləri, gənclərdə vətənpərvərlik ruhunun formalaşması, Azərbaycan gəncləri statistik məcmuələri, gənc yazarlar, gənc tədqiqatçıların elmi əsərləri, Azərbaycan gəncliyinin Vətən müharibəsi dövründəki fəaliyyəti, həmçinin böyük Zəfərin ardınca vüsət götürən Qarabağın yenidən dirçəldilməsi prosesindəki iştirakı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, gənclərdə milli mənlik, vətənə sədaqət ruhu aşılayan mahnıların musiqi notları yer alıb.

Virtual sərgidə rəsmi sənədlər, dövlətin gənclər siyasəti, Heydər Əliyevin gənclər siyasəti və sevgisi, istedadlı gənclərin Azərbaycanın dayanıqlı inkişafında rolu, gənclərdə milli ruh və s. mövzularda dövri mətbuatda çap olunan məqalələr, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında rolundan bəhs edən Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

# 1221 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər