Gəncə Teatrı beynəlxalq festivalda Qran-Pri qazandı

Gəncə Teatrı beynəlxalq festivalda Qran-Pri qazandı
29 iyul 2024
# 11:53

Portuqaliyanın Braqa şəhərində III Beynəlxalq Teatr Festivalı keçirilib. Avrasiya Teatrlar Birliyi, Portuqaliya Mədəniyyət Nazirliyi, CTB (Comphania de Teatro de Braga) və Braqa Şəhər Bələdiyyəsinin birgə keçirdiyi festivalda 8 ölkədən teatr kollektivləri iştirak edib. Festivalda ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı təmsil edib.

Kulis.az xəbər verir ki, kollektiv rejissor Tural Vaqifoğlunun quruluşunda Ejen İoneskonun “Kral ölür” tamaşasını uğurla nümayiş etdirib. Əsərində rolları Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Güntəkin Mehdiyeva və Ruslan Hüseynov canlandırıblar.

Münsiflər heyətinin qərarına əsasən, Gəncə teatrı “Ən yaxşı tamaşa geyimi” nominasiyasında qalib elan edilib və festivalın Qran-pri mükafatına layiq görülüb.

# 2830 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər