Gənc yazıçı AYB-dən istefa verdi - Açıqlama

Tural Turan, yazar

Tural Turan, yazar

14 yanvar 2022
# 14:00

“Azərbaycan Yazıçılar Birliyindən və AYB Gənclər Şurası üzvlüyündən istefa verdiyimi açıqlayıram”.

Bu sözləri gənc yazar Tural Turan öz sosial şəbəkə hesabında yazıb. T.Turan istefası haqda daha sonra bunları əlavə edib:

“Bu qərarımı AYB rəhbərliyinin yarıtmaz fəaliyyətinə etiraz olaraq qəbul edin. Fəaliyyət sistemi şəffaf olmayan bir qurumda təmsil olunmaq istəmirəm.

Prezidentin ayırdığı pulların hesabatını verə bilməyən, ancaq məhdud sayda və rəhbərlik cameəsinə yaxınlığı ilə seçilən bəlli imzaları xaricdə çap etməklə məşğul olan bir qurumun şəffaf fəaliyyəti ilə bağlı məndə əsaslı şübhələr yaranıb.

Ədəbi fəaliyyətimə, şair olaraq dünyaya çıxışıma heç bir müsbət təsiri görünməyən, varlığı ilə yoxluğu bilinməyən bir qurumda təmsil olunmaq niyyətim yoxdur.

Ancaq öz şəxsi imkanlarımı səfərbər etməklə dünyaya çıxış əldə edəcəyəmsə, AYB üzvlüyünü üzərimdə yamaq kimi daşımaq istəmirəm.

Qurumda təmsil olunan digər həmkarlarıma və AYB sədrliyinə namizədliyini irəli sürmüş Fuad Ceferli və Emil Rasimoğlu əfəndilərə isə mübarizələrində uğurlar arzulayıram.

Mənəvi olaraq yenə də onların yanındayam. Bundan sonra daha böyük hədəflər uğrunda mübarizə aparacağam”.

# 3166 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər