Gənc rəssamın “Mif” adlı sərgisi keçiriləcək

Gənc rəssamın “Mif” adlı sərgisi keçiriləcək
2 aprel 2025
# 11:50

Müasir İncəsənət Muzeyində 04-11 aprel 2025-ci il tarixlərində rəssam Nərmin Nizami qızı Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, sərgi rəssamın son illərdə astrologiya və müxtəlif mövzularda yaratdığı 40-a yaxın rəsm əsərlərindən ibarətdir.

“Mif” adlı sərgidə təqdim olunacaq əsərlərdə rəssamın əvvəllər müraciət etdiyi mövzularla yanaşı, yeni bir istiqamət də özünü göstərir. Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi astrologiya və incəsənətin sintezini təqdim edərək onlar arasındakı dərin əlaqələri araşdırmaq istəyən sənətsevərlər üçün təcrübə yaradacaq. Rəssam astrologiyanın əsrarəngiz dünyasını rəngkarlığın estetik ifadə vasitələri ilə birləşdirərək on iki bürcün özünəməxsus cəhətlərini – mifoloji mənasını, planetar təsirlərini və simvollarını kətan üzərində öz bədii yanaşması ilə əks etdirir. Müəllif bu silsilə əsərlərində hər bir bürcün fərdi xüsusiyyətlərini əyaniləşdirərək seçilmiş kompozisiya quruluşu, rəng palitrası və digər bədii ifadə vasitələri ilə onların bədii obrazını yaradır. Astroloji biliklərlə dəstəklənən bu əsərlərin kompozisiyalarında təsvir olunan elementlər kosmosla olan əlaqəni daha dərindən hiss etməyə imkan yaradacaq, çünki hər bir detal, bütöv bir sistemin və onun arasındakı əlaqələrin simvolik bir təcəssümüdür. Bu sərgi, izləyicilərə yalnız görmə bacarıqlarını deyil, həm də düşüncə tərzini genişləndirmək və dərin mənaları kəşf etmək imkanı verəcək.

Rəssam Nərmin Sadıqova Azərbaycan Dövlət Xarici Dillər Universitetində (2005-2009-cu illər), o cümlədən Azərbaycan Rəssamlıq Akademiyasında (bakalavr pilləsi, 2014-2018-ci illər), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (magisr pilləsi, 2018-2020-ci illər) “Rəngkarlıq” ixtisası üzrə təhsil alıb. 2012-ci ildə “Four Seasons” otelində xeyriyyə xarakteri daşıyan ilk fərdi sərgisi keçirilib. 2013-cü ildə “Bakının işıqları” adlı rəsm müsabiqəsinin qalibi olub. 2014-cü ildə “Gallery-1969”da “Səs” adlı fərdi sərgisi keçirilib. 2016-cı ildə Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. 2017-ci ildə “Gallery-1969”da rəssamın “Momentous” adlı ikinci fərdi sərgisi olub. Nərmin Sadıqova Azərbaycanın digər rəssamları ilə birlikdə ölkəmizi xaricdə – İtaliyada, ABŞ-da, Latviyada, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə təmsil edib. 2019-cu ildə Parisdə Luvr muzeyində keçirilən “Karusel” sərgisində iştirakçısı olub. 2019-cu ildə Müasir İncəsənət Muzeyində “Meraki” adlı növbəti fərdi sərgisi olub. Bundan əlavə, Nərmin Sadıqova Heydər Əliyev Fondu və Yarat Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif layihələrin də iştirak edir.

Qeyd edək ki, “Mif” rəssamın 5-ci fərdi sərgisi olacaq.

# 2053 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər