Gənc rəssam vəfat etdi

Gənc rəssam vəfat etdi
15 fevral 2025
# 21:32

Azərbaycanlı rəssam Məryəm Ələkbərli 33 yaşında vəfat edib.

Kulis.az xəbər ki, qısa ömrü ərzində o, 43 sərgi keçirib.

Bakıdakı ilk nümayişlərdən sonra onun rəsmləri Rusiya və Fransa, Türkiyə və Amerika, İtaliya və Yaponiya, Belçika və Əmirliklərdə sərgilənib.

Onun “Balaca şahzadə”yə həsr etdiyi silsilə əsərləri gözəl musiqili və cizgi filmində əks olunub. Müxtəlif insanlar onun rəsmlərinə heyran qalıblar, onları alıblar və yaratdığı hər şeyin inanılmaz enerjisindən danışıblar.

Məşhur fransız aktrisası Juliyet Binoş onun haqqında yazırdı:

“Onun həyat susuzluğu alovludur və bizə ötürülür, çünki o, bir hərəkətlə rəsm çəkir. Burada ancaq gözəllik qarşısında böyük bir sürpriz var”.

Məşhur rus sənətşünası Olqa Sviblova deyirdi ki, Məryəm sənətlə yaşayır və sənətdə yaşayır, onun vasitəsilə özünü üzə çıxarır və onu dünya ilə əsas ünsiyyət vasitəsinə çevirir. Bəlkə də buna görə onun bədii mesajı bu qədər güclü və heyrətamizdir.

Böyük fırça ustası Tahir Salahov əmin idi ki, Məryəm heç kəsə bənzəməyən nadir sənətkar ola bilər. Onun Qobustana həsr etdiyi silsilə əsərlərinə heyran idi.

# 3563 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər