Gənc rejissorlarımız beynəlxalq teatr festivalında ölkəmizi təmsil etdilər

Gənc rejissorlarımız beynəlxalq teatr festivalında ölkəmizi təmsil etdilər
26 iyun 2023
# 10:00

Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyası MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalı çərçivəsində gənc rejissorların laboratoriyasını təşkil edib.

Kulis.az xəbər verir ki, laboratoriyada ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mehman Fətullayev və Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Anar Məmmədov təmsil ediblər.

Bu il laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub. Dram və Rejissorluq Mərkəzində 11 gün ərzində MDB ölkələrindən olan gənc aktyor və rejissorlar laboratoriyanın bədii rəhbəri, rejissor Vladimir Pankovun “saund drama” adlı müəllif üsulunu məmnuniyyətlə öyrəniblər.

Laboratoriyada Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, gənc teatr xadimləri üçün ilk laboratoriya 2008-ci ildə təşkil edilib, 2023-cü ildə keçirilən görüş sayca onuncu olub. Layihənin nəticəsi A.P.Çexovun hekayələri əsasında nümayiş etdirilən multikultural tamaşa olub. Tamaşa laboratoriyanın müəllimləri - Vladimir Pankov, Sergey Rodyukov, Artem Kim və Yekaterina Kislovanın rəhbərliyi altında kollektivlərin yaratdığı epizodlar əsasında hazırlanıb. Həmçinin laboratoriya iştirakçıları Çexov festivalının və Moskva teatrlarının proqramından ibarət olan tamaşalara baxmaq imkanı əldə ediblər.

azertag

# 1808 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər