Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu

Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
1 noyabr 2024
# 11:43

Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub.

Kulis.az xəbər verir ki, bu vəzifə Mirzə Nicata həvalə edilib.

Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2014-2021-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə gənc yazar kimi Prezident təqaüdünə (2020), Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Ümid" mükafatına (2022), eləcə də, teatr sahəsində uğurlu fəaliyyətinə görə Prezident mükafatına (2023-2024) layiq görülüb.

# 2746 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər