"Friends" serialının rejissoru vəfat etdi

"Friends" serialının rejissoru vəfat etdi
22 iyun 2026
# 10:30

Amerikalı məşhur rejissor, televiziya tarixinin ən populyar sitkomlarından biri olan "Dostlar" (Friends) serialının yaradıcılarından olan Ceyms Berrouz 85 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı mərhumun ailəsinin rəsmi bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, sənətçi bu gün ailəsinin əhatəsində dinc şəkildə həyata gözlərini yumub.

Rejissorun dəqiq ölüm səbəbi hələlik açıqlanmayıb. Onun həyat yoldaşı, dörd qızı və yeddi nəvəsi yadigar qalıb.

"Bütün dünyada tamaşaçılara ölçüyəgəlməz sevinc bəxş etdi"

Ailə üzvləri məşhur rejissorun itkisi ilə bağlı kədərlərini bu sözlərlə ifadə ediblər:

"Beş onillikdən artıq bir müddət ərzində Berrouz televiziya tarixində ən nüfuzlu və sevilən rejissorlardan biri olub. Əfsanəvi rejissor, ustad və böyük yaradıcı qüvvə kimi o, komediyanın formalaşmasına misilsiz töhfələr verib və bütün dünyada tamaşaçılara ölçüyəgəlməz sevinc bəxş edib".

# 877 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər