“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə
1 sentyabr 2026
# 18:00

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəbi və mərkəzləri üçün ilk dəfə olaraq “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb.

Kulis.az xəbər verir ki, bu proqram fotoqrafiya sənətinin tədris prosesinə yeni məzmun və sistemli yanaşma gətirməklə, gənc nəslin bu sahədə bilik və yaradıcılıq bacarıqlarının formalaşdırılmasına xidmət edəcək.

Tədris proqramının hazırlanması fotoqrafiya sahəsində peşəkar mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Proqram “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü, peşəkar fotoqraf Rauf Umudov tərəfindən tərtib olunub.

Sənədin rəyçiləri qismində ölkənin tanınmış fotoqrafları - “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev və “Fotoqrafika” jurnalının təsisçisi və redaktoru Rüfət Abas çıxış ediblər. Proqramın redaktoru isə MEMİM-in sektor müdiri Fariz Yunislidir.

Fotoqrafiya sənətinin incəsənət məktəblərində yeni ixtisas istiqaməti kimi tədrisi Azərbaycan fotoqrafiyasının 165 illik tarixində xüsusi əhəmiyyət daşıyır. Bu yenilik dövlətin fotoqrafiya sənətinin inkişafına verdiyi diqqət və dəstəyin mühüm göstəricisidir.

# 663 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər