“Fotokompozisiya” kitabı təkrar nəşr olundu

“Fotokompozisiya” kitabı təkrar nəşr olundu
8 yanvar 2025
# 13:03

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə “Fotokompozisiya” kitabı təkrar nəşr olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanın tanınmış foto mütəxəssisləri Əməkdar incəsənət xadimi, kinooperator Rafael Qəmbərov və Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzovun birgə araşdırması olan, doqquz fəsildən ibarət “Fotokompozisiya” kitabı tədqiqat əsəri olmaqla yanaşı, bütövlükdə foto sənəti və bu sənətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edir.

Kitabı indiyə qədər mövcud olan nəşrlərdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, problemə kompleks halda yanaşılıb və mövzu geniş formada təhlil olunub. Bundan başqa, kitabda fotoqrafiya sənətinin və onun texniki vasitələrinin təfərrüatlarından və xüsusiyyətlərindən bəhs edilməklə yanaşı, bu sənətlə maraqlanan gənclərə dəyərli tövsiyələr də verir.

Fotoqrafiya terminlərinin Azərbaycan və rus dillərində lüğət kimi kitaba daxil edilməsi kino sahəsində terminoloji lüğətçiliyinin inkişafı cəhətdən çox mühümdür və bu önəmli yenilik sayılır. Bundan başqa, “Fotokompozisiya”da Azərbaycan fotoqraflarının müxtəlif nəsillərinin, eləcə də dünyanın tanınmış sənətkarlarının çəkdiyi dəyərli fotoəsərlərin kitabda yer alan nümunələri, nəzəri hissələri qavramağa yardım edəcək vasitə kimi də diqqəti cəlb edir.

Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov qeyd edir ki, “Fotokompozisiya” kitabı ilk ciddi təşəbbüsdür və foto sənəti aləminə tərəddüdsüz bir “qızıl açar” kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, kino mütəxəssisləri, müvafiq ixtisas təhsili verən müəssisələrin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının qərarı ilə təsdiq edilərək Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilib.

Kitabın təkrar nəşri çoxsaylı oxucuların istəyinə əsasən həyata keçirilib. Təkrar nəşrə məsul Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, rejissor Əli İsa Cabbarov, naşir Ələddin Əsədzadə, rəyçilər - Azərbaycan Rəssamlar İttifaqının birinci katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin sədri, rejissor Hüseyn Mehdiyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Fotoinformasiya redaksiyasının baş redaktoru Vüqar Əmrullayev, Azərbaycan Fotoqraflar İctimai Birliyi İdarə Heyətinin sədri Mirnaib Həsənoğludur.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər