“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir
17 iyul 2026
# 16:30

IDEA İctimai Birliyinin və “Reza Visual Academy"in təşəbbüsü ilə "FotoBax" adlı milli fotomüsabiqəsinə müraciət prosesi davam edir.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən müsabiqə "Children’s Eyes on Earth" ("Yer kürəsi uşaqların gözü ilə") beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində “Təbiəti sevirəm – Azərbaycan” mövzusuna həsr olunub.

Müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır. İştirak etmək istəyənlər çəkdikləri 20-dək fotoşəkli sentyabrın 21-dək www.fotobax.az saytına təqdim etməlidirlər.

Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilər.

# 974 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər