"Fokus" jurnalı dərc olundu

"Fokus" jurnalı

"Fokus" jurnalı

10 fevral 2022
# 16:00

Kino peşəkarlarının və kino həvəskarlarının maraqla izlədiyi peşəkar dərgilərdən biri olan “Fokus” analitik kino jurnalı növbəti 10-cu nömrəsilə oxucularının görüşünə gəldi.

Kulis.az xəbər verir ki, Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı Qafqazda çap formatında dərc edilən yeganə analitik kino dərgisidir. 10-cu nömrənin nəşri AR Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib. Gənc Film İstehsalçıları Assosiasiyası ilə Mədəniyyət Nazirliyi arasında bağlanan müqaviləyə əsasən, Nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək. Eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqı da jurnalın nəşrinə maliyyə və təşkilatı dəstək verib.

Bu nömrədə jurnal ənənəvi olaraq Sevda Sultanova, Aliyə Dadaşova, Aygün Aslanlı ilə yanaşı yeni müəlliflər-Qismət Rüstəmov, Hacı Səfərovla da əməkdaşlıq edib. Jurnal yeni müəlliflər də cəlb etmək, yeni kinoşünaslar nəsli yetişdirmək əzmindədir.

Jurnalın redaktoru Əli İsa Cabbarovun “Ön söz”ündə bildirdiyinə görə 10-cu nömrənin ana məqsədi “kinomuz hardadır” və “kinomuz hara gedir” suallarına cavab tapmaqdır. Bu səbədən dramaturq Cəfər Cabbarlının “Litеraturnaya qazеta”nın 20 iyun 1930-cu il, No 30 (67) nömrəsində çap olunan “Hara gedir Azərkino” adlı məqaləsi jurnalın ilk məqaləsi kimi seçilib. Kinorejissorlar Elvin Adıgözəl, Hilal Baydarov,Rüfət Həsənov nömrənin əsas qəhrəmanlarıdır. Bununla yanaşı Rüstəm İbrahimbəyovdan və məşhur ssenari təlimçisi Kristofer Voqlerdən də məqalələr yer alıb. Kinooperator Orxan

Abbasov, kinorejissorlar Teymur Daimi və Teymur Hacıyevlə müsahibələr bu buraxılışın maraqlı yazılarındandır.

Jurnalı nəşr edən, Gənc Fİlm İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarovun dediyinə görə,jurnalın nəşrinin bərpası Mədəniyyət Nazirliyinin Kino şöbəsində ( yeni adı Audiovizul və interaktiv media şöbəsi) gedən dəyişikliklərlə bağlıdı.O, bildirib ki, prosesləri analiz etmədən heç bir sahədə irəliləyiş əldə etmək olmaz. “Fokus”un ana missiyasını bunda görürük.

# 3371 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər