Fiziki məhdudiyyətli gənclərin sərgisi keçirildi - Video

Fiziki məhdudiyyətli gənclərin sərgisi keçirildi  - Video
25 may 2022
# 12:00

22 may tarixində “İşarə dili” təlimçisi və sosial layihələr üzrə təşkilatçı Nuranə Abıyeva, rəssam Emiliya Axundova, modelyer-dizayner Nəzrin Nəcəfova və marketinq üzrə mütəxəssis Oksana Səlimovanın təşkilatçılığı və “Binəqədi Gənclər evi” “Binəqədi Rayon Gənclər və İdman İdarəsi” və “Tünzalə A. FAN Club”ın dəstəyi ilə Arte DiCafedə “1 fırça, 1000 rəng" adlı inklüziv sərgi təşkil edilib.

Kulis.az-ın verdiyi xəbərə görə, sərgidə müxtəlif fiziki məhdudiyyəti olan gənc və yeniyetmə rəssamlar Şəhla Nağıyeva, Lalə Həsənova, Əli İskəndərli, Nərmin Hümbətzadə, Şamxal Xələfli, Mehriban Tağıyeva və Ceyhun Ənvərzadənin əl işlərindən və əsərlərindən ibarət satış yarmarkası olub. Eyni zamanda verilən mövzuya əsasən elə sərgi daxilində canlı olaraq rəsm əsərləri çəkilib. Layihə çərçivəsində hər bir rəssamın yanında bu sahədə uğur qazanmış və əsərləri ilə seçilən rəssamlar da iştirak edib. Nəzrin Nəcəfova, Emiliya Axundova, Seyfəli Rüstəmzadə, Nəzrin Hacıyeva, Məryəm Məmmədova, İskəndər Məmmədov, Oksana Səlimova tədbir boyu gənc rəssamların yanında onlarla bərabər öz əsərlərini yaradıblar.

Daha sonra iştirakçılar çəkdikləri inklüziv məna daşıyan rəsm əsərlərini təqdim ediblər. Sərginin sonunda isə “Baku Electronics”in PR meneceri Nigar Mehdiyeva tərəfindən iştirakçılara hədiyyələr, “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və “Binəqədi Rayon Gənclər və İdman İdarəsi” rəisi Namiq Tarverdiyev tərəfdən isə iştirakçılara “Fəxri diplom”, qonaq və layihə köməkçisi olan rəssamlara isə “Təşəkkürnamə”lər təqdim edildi.

# 3189 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər