“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olundu

“Fikrət Qocanın söz sənəti xəzinəsi”  adlı material istifadəçilərə təqdim olundu
24 iyun 2025
# 18:40

Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətlə Respublika Gənclər Kitabxanasında “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterial və elektron resurslar bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, materialda görkəmli şairin həyat və yaradıcılığı, gənclik illəri, ictimai mövqeyi, mətbu fəaliyyəti, layiq görüldüyü orden, medal və fəxri adlar haqqında geniş məlumat təqdim olunub.

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialda şairin yaradıcılığında xüsusi yer tutan azadlıq hərəkatı mövzusuna həsr etdiyi “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” adlı poemaları, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri mövzusunda qələmə aldığı “Hələlik qiyamətədək”, “Ölüm ayrılıq deyil” povestlərindən bəhs edilib. Materialda Fikrət Qocanın müxtəlif illərdə yerli və xarici səfərlərdə, görüşlərdə lentə alınan görüntüləri də yer alıb.

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialı kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/fikret-qocanin-soz-seneti-xezinesi yerləşdirilib.

Gənclər Kitabxanasının rəsmi saytında https://www.ryl.az/activity/Fikret_Goca “Fikrət Qoca - 90” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında görkəmli şair haqqında dərc edilən materiallar toplanıb.

# 1441 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər