Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert oldu

Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert oldu
23 dekabr 2025
# 10:53

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Fikrət Qocanın yaradıcılığı barədə məlumat verib.

Mədəniyyət nazirinin müavini qeyd edib ki, şairin yaradıcılığının əsas xətti vətən, vicdan və insan taleyi mövzularıdır. “Prezident İlham Əliyevin “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ədəbiyyata göstərilən yüksək diqqət və qayğının bariz nümunələrindən biridir. Fikrət Qocanın əsərlərinin dilinin sadəliyi və məzmununun dərinliyi onu oxuculara sevdirən əsas cəhətlərdəndir”, - deyə F.Cəfərov əlavə edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi vurğulayıb ki, şeirlərinə bu qədər çox mahnı bəstələnən ikinci şair demək olar ki, yoxdur. Şairin yaradıcılığının sosial-psixoloji dərinliyə malik, zərif duyğular üzərində qurulan şeirlərlə seçildiyini diqqətə çatdıran İ.Fəhmi deyib: “Fikrət Qocanın şeirlərinə bəstələnən mahnılar bu gün də səslənir, insan ruhunu silkələyir və dinləyiciyə müsbət enerji bəxş edir. Şair həyatında bir çox sınaqlardan keçsə də, yaradıcılığında daim nikbin ruh üstünlük təşkil edib”.

Daha sonra Xalq şairinin şeirlərinə bəstələnmiş mahnılar ifa edilir.

Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Əməkdar Kollektiv Mahnı və Rəqs Ansamblının Xor qrupu, eləcə də solistlər Almaz Orucova, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Fikrət Məmmədov və digər ifaçılar çıxış ediblər.

Tədbirdə, həmçinin qiraətçilər Əliağa Tapdıqoğlu və Səma Muğanna şairin yaradıcılığından nümunələr səsləndiriblər.

# 1052 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər