Fikrət Əmirovun 100 illiyi UNESCO-da qeyd ediləcək

Fikrət Əmirovun 100 illiyi UNESCO-da qeyd ediləcək
31 oktyabr 2022
# 10:07

Bu il görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bəstəkarın yubileyinə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir. Məlum olduğu kimi, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 9-dan 24-dək Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində beynəlxalq miqyasda qeyd ediləcək.

Kulis.az xəbər verir ki, noyabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı Parisdə, UNESCO-nun baş qərargahının konsert zalında keçiriləcək.

Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti” və digər əsərlər daxil edilib.

Yubiley tədbirinin rejissoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ülviyyə Könuldür.

# 2752 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər