Fikrət Əmirov və ailəsi - Foto

Fikrət Əmirov və ailəsi - Foto
18 oktyabr 2023
# 13:26

Kulis.az görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirov və ailəsinin fotosunu təqdim edir.

Qeyd edək ki, Fikrət Əmirov 1952-ci ildə həkim Aidə Əmirova ilə həyatı qurub. Bu evlilikdən onların Cəmil və Sevil adlı övladları dünyaya gəlib. Aidə Əmirova 1983-cü il sentyabrın 1-də vəfat edib.

Fikrət Əmirov 1979-cu ildə yazdığı "Min bir gecə" baletini ona həsr edib. Bəstəkar baletin partiturasının titul vərəqində "Həyat yoldaşım – Aidaya" sözlərini yazıb.

Bəstəkarın ilk övladı Sevil Əmirova 1953-cü il noyabrın 4-də Bakı şəhərində anadan olub. 1961–1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-ci-ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Sevil Əmirova Mir-Həmzə Əfəndiyev ilə ailə həyatı qurub. Bu evlilikdən Nəzrin və Ömər adlı övladları var.

Fikrət Əmirovun ikinci övladı Cəmil Əmirov 3 may 1957-ci ildə anadan olub. 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

# 5037 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər