Fələstini dəstəkləyən məşhur qrupun bu ölkəyə girişi qadağan edildi

Fələstini dəstəkləyən məşhur qrupun bu ölkəyə girişi qadağan edildi
3 avqust 2026
# 11:00

Böyük Britaniyanın "Massive Attack" qrupunun hər iki üzvünə Fələstinə dəstək verdiklərinə görə Sinqapura giriş həmişəlik qadağan edilib.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" nəşri Sinqapur polisi və İnformasiya Texnologiyaları və Media İnkişafı İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

İyulun 29-da Sinqapurda keçirilən konsertdə kollektivin solistləri Robert Del Naya və Qrant Marşall Fələstin bayrağını açıblar. Bu insidentin araşdırılmasından sonra polis hər iki sənətçiyə xarici milli simvollar haqqında qanunu pozduqlarına görə ciddi xəbərdarlıq edib.

Hüquq-mühafizə orqanlarının qənaətinə görə, təşkilatçılarla heç bir bayrağın nümayiş etdirilməməsi öhdəliyini ehtiva edən müqavilənin bağlanmasına baxmayaraq, çıxış zamanı qrupun hər iki üzvü Fələstin bayrağını tutub, onlardan biri isə Fələstinə dəstək şüarları səsləndirib.

Bu konsert qrupun cari qastrol çərçivəsində Sinqapurda planlaşdırılan yeganə çıxışı idi.

Sinqapur ölkədə irqi və dini harmoniyanın qorunmasını əsas gətirərək, icazəsiz xarici bayraqların və emblemlərin kütləvi nümayişini qadağan edən sərt qaydalara riayət edir. "Sinqapurda irqlər və dinlər arasındakı sülh və harmoniya təbii bir hal kimi qəbul edilməməlidir və biz xarici hadisələrin cəmiyyətimizə təsir etməsinə imkan verməməliyik", – deyə Sinqapur rəhbərliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, 2026-cı ildə Del Naya Londonda keçirilən Fələstinə dəstək nümayişi zamanı da həbs edilmişdi.

"Massive Attack" qrupu haqqında

"Massive Attack" 1988-ci ildə İngiltərənin Bristol şəhərində yaradılmış məşhur musiqi qrupudur. Qrup trip-hop musiqi janrının pionerlərindən və ən vacib nümayəndələrindən biri hesab olunur. Elektron musiqi, hip-hop, dub və soul elementlərini ustalıqla birləşdirən kollektivin tərkibi əsasən Robert Del Naya (3D) və Qrant Marşalldan (Daddy G) ibarətdir. Onların 1991-ci ildə yayımladığı "Blue Lines" və 1998-ci ildə buraxdığı "Mezzanine" albomları (xüsusilə məşhur "Teardrop" mahnısı) müasir musiqi tarixində şedevr kimi qəbul edilir. Qrup həm də qlobal siyasi və sosial məsələlərə aktiv reaksiyası, ədalət və insan haqları uğrunda apardığı kampaniyalarla geniş tanınır.

# 671 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər