Falçının duası ilə ölən kişi - Problemini cadu ilə həll edənlər

Falçının duası ilə ölən kişi - Problemini cadu ilə həll edənlər
8 aprel 2025
# 16:13

Kulis.az Aydan Hacının "Biz istəsək, dərvişimiz Parisi də partladar" adlı yazısını təqdim edir.

Bura "Danabaş" kəndidir. Həmin "Danabaş" ki, Cəlil Məmmədquluzadənin qoyub getdiyindən heç nə ilə fərqlənmir. Tək fərq ondadır ki, indi bizim Xudayar bəyimiz yoxdur. Fəqət bəy adını daşımayan neçə-neçə xudayarlarımız var...

Danabaş kəndində insanlar elmsizliyin, cahilliyin və avamlığın qurbanına çevrilirdilər. Bu gün də bu problemlər aktual olaraq qalır. Cəmiyyətin inkişafını maarifçilikdə və elmdə görən Cəlil Məmmədquluzadə hardan bilərdi ki, aradan 131 il keçsə də, millətin aqibəti Danabaş kəndindəkilərdən fərqli olmayacaq. Belə baxıram ki, gələn 131 ildə də çox şey dəyişməz olaraq qalacaq.

Vəziyyətimiz 21-ci əsrdə hələ də insanların falçılarda çarə axtarmasından bəllidir. Bəziləri falçı yanına getməyi əyləncə olaraq görsə də, bəziləri də az qalır ki, falçını "Allah" yerinə qoysun. Nə kəramətdirsə, bilmirəm, ancaq elə falçılara üz tutanların, onlarla çarə axtaranların böyük əksəriyyəti də qadınlardır. Düşünürəm ki, bu da qadında kişilərdən daha üstün olan "maraq"la əlaqəlidir. Bir çox qadınların rasional düşünmə qabiliyyəti zəif olduğu üçün də belə hallar baş vermir. Bir sözlə, kişi falçıya gedib "arvadım məndən soyuyub, bir dua yaz, üflə uşağım olsun" kimi sözlər deməz, bu, onun yaşam üfiqlərində yoxdur. Qadın isə…

Mənim bildiyim qədərilə, falçılıq heç bir elmi əsaslara söykənmir. Dini cəhətdən necə olduğunu bilmirəm, heç araşdırmaq kimi bir fikrim də olmayıb. Çünki insanın taleyinin öz əlində olması fikrini daha üstün tutmuşam. Bu gün də o fikirdəyəm. Həyatımızla bağlı aldığımız bütün qərarları ağıl və məntiqlə qəbul etməliyik. Bir insanın əlimizdəki xətlərə, qəhvənin dibindəki naxışlara, nə də üzümüzdəki hər hansı qırışlara baxaraq bizə həyat yolu cızamsına inanmağımız nə dərəcədə məntiqlidir axı? Üstəlik, belə bir dövrdə. Bir tərəfdə süni zəka, robotlar, bir tərəfdə də kofe falı. Bu, sadəcə, dəhşətdir.

Evlilik üçün, boşanmaq üçün, evinə ruzi bərəkət gətirmək üçün, ya da el arasında deyilən “kişinin ya arvadın dilini ağzını bağlamaq" üçün üz tutduğumuz şarlatanların əsas məqsədi şüuraltına işləməkdir. Belə baxıram, bəzi avam toplum var ki, falçı addım atma desə, atmaz, yatma desə, yatmaz.

Elələri də var, bir işə girib, amma falçı deyir, bəs, bu işdə yolun açıq görünmür. Bu "ağıllı" da çıxıb, oturur evində ki, bəs falçı mənə belə dedi. Ay balam, keçəl elə maz bilsə öz başına çəkər də. Ölüsünü də dirildər, başına gələcək hər şeyi də əvvəlcədən bilər. Nə oldu, elə sizin həyatınızı gördü, özününki qaldı qıraqda?

Hələ bu qorxuluq alanlar, ağıl duası yazanlar, ruzi-bərəkət üçün qapısından keçi başı asanlar, öngörücülər və daha nələr, nələr ...

Maşallah, millət olaraq, başımızı işlətməkdən başqa hər üsula əl atırıq. Adam tanıyıram ki, əlinə yara düşüb, gedib müalicə almır, dua yazdırır ki, bəs onunla da keçib gedəcək. Nə deyim, sözün açığı, özüm də mat-məəttələm.

Bunları qoydum bir kənara, çünki çoxumuza tanış mənzərələrdir. Haradasa 2-3 il bundan öncə bir tanışım rəhmətə getmişdi. Sonradan eşitdim ki, sən demə, ölməli deyilmiş, amma falçı cadu və əməl edib deyə ölüb. Doğrusu, sırf bunu eşidəndə bir az duruxdum. Dedim, İlahi, sənə şükür, "Əzrayıl"ını da yoldan çıxartmışıq. İstədiyimiz kimi idarə edə bilirik. Sonra da şikayətlənirik ki, heç bir sahədə öndə ola bilmirik.

Məncə, yox, elə deyil, lazım gəlsə, biz istəsək, dərvişimiz "Paris"i də partladar...

# 2618 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər