“Əzizə Cəfərzadə müasir gəncliyin düşüncələrində” müsabiqəsinə start verildi

“Əzizə Cəfərzadə müasir gəncliyin düşüncələrində” müsabiqəsinə start verildi
24 iyun 2023
# 16:51

"Biz klub" və Edebiyyat.az “Əzizə Cəfərzadə müasir gəncliyin düşüncələrində” müsabiqəsinə start verib.

Kulis.az müsabiqənin şərtlərini təqdim edir:

1. Məqalələr bu il (2023-ci ildə) yazılmış olmalıdır.

2. Yaş həddi 15-35.

3. Məqalə qəbulu bu gündən başlayaraq bu ilin avqust ayının 1-nə qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən məqalələr müsabiqəyə qəbul edilməyəcək.

4. Qaliblər təyin olunmuş münsiflər tərəfindən seçiləcək. Münsiflərin adı gizli saxlanılacaq.

5. İştirakçılar məqalə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) [email protected] ünvanına göndərməlidirlər. Məqalənin müsabiqə üçün göndərilməsi mütləq qeyd olunmalıdır.

6. Hər iştirakçı yalnız bir məqalə göndərə bilər.

7. Məqalə maksimum 5 səhifə(3500 söz, A4, 12 şrift) olmalıdır.

8. Qaliblərin adı 2023-ci il 2 sentyabrda açıqlanacaq. Mükafatlandırma mərasimi həmin gün elan ediləcək.

Mükafatlar:

Birinci yerin qalibi - 250 manat,

İkinci yerin qalibi - 200 manat,

Üçüncü yerin qalibi - 150 manat pul mükafatı ilə mükafatlandırılacaq.

Bütün qaliblərə Əzizə Cəfərzadənin kitabları da hədiyyə olunacaq.

9. İştirak etmək istəyənlər əsərlərin elektron versiyasını Milli Kitabxananın electron kitablar bölməsindən və ya [email protected] ünvanına məktub göndərərək bu kitabları əldə edə bilərlər:

“Seçilmiş əsərləri” (I-XVI cildlər) (2021-2022), “Folklor araşdırmalar” (2020), “Bakı-1501” (1981), “Eldən-elə” (“Səyyah”) (2006), “Uşaq hekayələri” (2021), “”Gülüstan”dan öncə” (2016), “Bəla” (2016), “Aləmdə səsim var mənim” (2006), Fatma xanim Kəminə “Seçilmiş əsərlər” (tərtib edəni Əzizə Cəfərzadə, 2022), “Azərbaycanın sönməz məşəli – Əzizə Cəfərzadə” (Elmi məqalələr toplusu, 2022), “Azərbaycan qadın şairləri antalogiyası” (toplayıb tərtib edən Əzizə Cəfərzadə, 2005), “Nanaylar” (toplayıb tərtib edənlər Əzizə və Əhməd Cəfərzadələr, 2021)

# 2063 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər