“Əziz Şuşa sən azadsan!” adlı tamaşa nümayiş olundu

“Əziz Şuşa sən azadsan!” adlı tamaşa nümayiş olundu
25 may 2023
# 17:00

25 may tarixində Beyləqan rayonunda yazıçı-dramaturq Pərvin Nurullayevanın “Şuşa sən azadsan!” pyesi əsasında hazırlanmış eyni adlı bir pərdəli tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan rayon Təhsil Sektorunun Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında oynanılıb.

Tamaşanın təqdimatında Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Ramil Əhməd, pyesin müəllifi, regional idarənin rəhbərliyi, rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları və şagirdlər iştirak edib.

Anşlaqla qarşılanan tamaşanın sonunda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və pyesin müəllifi, - “Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edərək tamaşanın ərsəyə gəlməsində əməyi olan, hər bir kəsə təşəkkürlərini bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

# 2170 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər