"Əylən, sənə çay demişəm..." - Günün şeiri

"Əylən, sənə çay demişəm..." - Günün şeiri
31 iyul 2025
# 18:00

31 iyul Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 119-cu ildönümüdür.

Kulis.az bu münasibətlə görkəmli şairin həyatı və yaradıcılığı haqqında əsas faktları və onun "Sən yarımın qasidisən" şeirini ustadın öz səsində təqdim edir.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, tanınmış hüquqşünas Hacı Mirağa Xoşginabi ailəsində dünyaya göz açıb.

Təhsilini Təbrizdə tamamladıqdan sonra Tehran Universitetində tibb fakültəsinə daxil olub, lakin təhsilini tamamlamasa da, xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə məşğul olub.

Şairin ilk şeir kitabı 1931-ci ildə Tehranda, üç böyük alim və şairin – Məlikü-şüəra Bahar, Səid Nəfisi və Peyman Bəxtiyari – ön sözləri ilə nəşr olunub.

XX əsrin 20-ci illərində artıq tanınmağa başlayan Şəhriyar Hafiz və Füzuli ilə müqayisə ediləcək qədər güclü sevgi şeirləri yazıb, fəqət onun Azərbaycan poeziyasının zirvəsində qərar tutmasına səbəb onun vətənpərvərlik mövzusunda qələmə aldığı əsərləri olub.

Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması, XX əsr Azərbaycan poeziyasının ən böyük əsərlərindən biri sayılır.

Bu poema Azərbaycan türkünün milli həyatını, tarixini və mədəniyyətini bütün təfərrüatları ilə təsvir edir.

Şairin ata-baba yurduna olan bağlılığını ifadə etdiyi bu poema sadə və təsirli dililə geniş kütlələrə çatıb, dövrün ziyalılarını cəlb edib. Şəhriyarın "Heydərbabaya salam" əsəri, yurd sevgisinin və milli kimliyin əbədi simvoluna çevrilib.

1988-ci ildə 82 yaşında Təbrizdə vəfat edən Şəhriyarın xatirəsi, hər il sentyabrın 18-də İranın müxtəlif bölgələrində “Milli Şeir Günü” olaraq qeyd olunur.

# 2033 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər