Evlənəndə bir qoşunun iştirak etdiyi məclisdənsə... - Biz insanıq yoxsa at?

Evlənəndə bir qoşunun iştirak etdiyi məclisdənsə... - Biz insanıq yoxsa at?
7 avqust 2025
# 14:20

Kulis.az Nicat Şükürlünün "Biz insanıq yoxsa at?" yazısını təqdim edir.

"Squid Game" serialında Gi-Hun "Biz at deyilik, biz insanıq. İnsanlar..." deyərək etiraz edir. Bəs dünyada nə qədər insan at kimi çapdığının və ya çapıldığının fərqindədir?

Ümumiyyətlə, nə vaxtsa Gi-Hun kimi at deyil, insan olduğumuzu anlayacağıqmı? Çətin. Ona görə çətin deyirəm ki, insan yaradılış məqsədindən artıq geri dönülməyəcək qədər uzaqlaşıb. Bəlkə də şişirtmiş olaram, yüz min insandan biri sözün əsl mənasında yaşayır ya yox.

Filankəs filan yerə getdi, filankəsin toyu belə keçdi, filankəs filan qədər kitab oxudu. Bəs mən? Başlayırıq at kimi çapmağa.

Nəyi var özümüzü çaparaq qan-tərin içində qalırıq, nəfəsimiz kəsilir. Unuduruq ki, məsələn Roma, Paris, Praqada yox, elə ölkə hüdudları içində də istirahət edərək xoşbəxt olmaq mümkündür.

Hələ kredit götürüb səyahət edənlər var...

Günə bir kitab oxunan marafonlar keçirilir. Mənasız bir şeydir. Aya beş-altı yox, iki-üç kitab oxu. Əsas olan yazıçının mesajını tutmaq, anlamaqdır.

Evlənəndə, xoş günündə bir qoşunun iştirak etdiyi məclisdənsə, hovuzun qırağında sənə əziz, doğma olan beş - on insanla toyunu keçirt.

Çəlləkdə yaşayıb uşağın bulaqdan əli ilə su içdiyini görəndə tək istifadə etdiyi əşya olan su qabını artıq sayıb tullayan Diogen ilə kapitalizmin köləsi olmuş dövrümüzün insanları arasında kəskin uçurum yaranmışdır.

Bu dövrün insanı narahatdır. Həmişə nəyəsə gecikdiyi, nəyisə tam etmədiyi düşüncəsi içindədir. Belə olduqda həyat işgəncəyə çevrilir.

Axı nə qədər çapmaq olar? Bu sonu olmayan yarışda insanlar nəfəs dərmək üçün bircə saniyə dayanmırlar.

Əhsən ən möhkəm çapana, çapılana, atdan daha çox ata oxşayana!

# 1727 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər