Etimad Başkeçid mükafata layiq görüldü

Etimad Başkeçid mükafata layiq görüldü
30 sentyabr 2022
# 15:40

Tanınmış Azərbaycan yazıçısı Etimad Başkeçid mükafata layiq görüldü

Kulis.az xəbər verir ki, bədii tərcümə sənətinin dəyərləndirilməsi və stimullaşdırılması məqsədilə təsis edilmiş Dövlət Tərcümə (Mərkəzi) Mükafatı-na bu il – dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə töhfə olaraq, ədibin “Xosrov və Şirin” poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə tanınmış Azərbaycan yazıçısı və tərcüməçisi Etimad Başkeçid layiq görülüb.

Yazıçı, tərcüməçi “Min yol mənə söylər…” romanının, “Dövri-aləm və bir gün”, “Veyil dərəsi”, “Velosiped”, “Tüklücə”, “Günəş topla mənim üçün” hekayələrinin müəllifidir.

O, Nikolay Qoqol, Fyodor Dostoyevski, Stiven Kinq, Alberto Moravia, Anton Çexov kimi dünya ədəbiyyatı korifeylərinin, Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” əsərinin, qədim yəhudi dini abidəsi “Tövrat”ın, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ilk mükəmməl tərcümə müəllifidir.

Etimad Başkeçidin “Panoptikum” və “Min yol mənə söylər…” kitabları 2006-2012-ci illərdə nəşr olunub.

# 3487 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər