“Estoniyada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş konsert proqramının təşkili” layihəsi uğurla başa çatdı

“Estoniyada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş konsert proqramının təşkili”  layihəsi uğurla başa çatdı
18 may 2019
# 14:08

Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün nəzərdə tutulan I Qrant müsabiqəsində qalib olmuşlayihə may ayında Tallin şəhərində, Estoniya Teatr və Musiqi Akademiyasının (ETMA) konsert salonunda uğurla həyata keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və ETMA yaxından iştirak edib.

Layihənin əsas məqsədi Azərbaycan musiqisini beynəlxalq arenada təbliğ etmək, istedadlı gəncləri geniş auditoriyaya tanıtmaqdan ibarət idi.

Layihə çərçivəsində Azərbaycan və Estoniya arasında qarşılıqlı təhsil və mədəniyyət körpüsü yaradılmış və gələcək uğurlu layihələrin təməli qoyulmuşdur. Belə ki, Estoniya Konservatoriyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında eyni zamanda ETMA və MƏİDİB arasında Memorandum – “Dostluq müqaviləsi” imzalanıb. Layihə çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyəti- BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, xalq artisti Yeganə Axundova (piano), MƏİDİB sədri, BMA-nın doktorantı və əməkdaşı İlahə İsrafilova (bəstəkar), beynəlxalq müsabiqə laureatları- Ümidə Abbasova (skripka), Fəqan Həsənli (piano), Atabəy İsmayılov (tar), ETMA-nın prorektoru Henry David Varema ilə bir səhnəni bölüşərək maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Azərbaycan, Avropa həmçinin Estoniya bəstəkarları -R.Şuman, İ.Brams, Q.Qarayev, S.Raxmaninov, Ü.Hacıbəyli, A. Lemba, İlahə İsrafilova, V.Adıgözəlov, F.Əmirov, Fərhad Bədəlbəylinin əsərləri səsləndirilib.

Səslənən əsərlərlər xüsusi rəğbətlə qarşılanıb. Azərbaycan musiqisi auditoriyanın geniş marağına səbəb olub. Layihə müvəffəqiyyətlə başa çataraq maraqlı anlarla yadda qalıb.

# 1440 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər