“Eşit” Ədəbiyyat və Sənət Dərnəyi fəaliyyətə başladı

“Eşit” Ədəbiyyat və Sənət Dərnəyi fəaliyyətə başladı
3 oktyabr 2022
# 18:00

“Eşit” Ədəbiyyat və Sənət Dərnəyi fəaliyyətə başladı

Kulis.az xəbər verir ki, IV Milli Kitab Sərgisində baş tutan poeziya gecəsində ədəbi ictimaiyyətə təqdim olunan dərnəyin təsisçiləri şairlər Bəxtiyar Elcan, Raqif Raufoğlu, Bahadur Qobustan və Cəlil Cavanşirdir. Baş tutan tədbirdə dərnəyin qurucularından olan şair Raqif Raufoğlu dərnək oxuculara və sərgi iştirakçılarına məlumat verib.

“Uzun illərdi birlikdə yol gəldiyimiz qələm dostları ilə qərara gəldik ki, yeni ədəbiyyat və sənət dərnəyi təsis edək. Dördümüz də ədəbi fəaliyyətə Gəncə şəhərində fəaliyyət göstərən “Gəncliyin səsi” Ədəbi Birliyində başlamışıq. Uzun illər müxtəlif təşkilatlarla əməkdaşlıq etsək də, əsasən müstəqil fəaliyyət göstərməyə üstünlük vermişik. Hər birimiz müxtəlif sahələrdə çalışsaq da, əsas qayəmiz ədəbiyyatın inkişafı olduğu üçün yenidən bir araya gəlməyə qərar verdik. “Eşit” ədəbi mühitdə alternativin olmaması ehtiyacından meydana çıxıb. Ədəbiyyat təşkilatlarından yalnız Azərbaycan Yazıçılar Birliyi geniş fəaliyyət göstərir. Hazırda ədəbi mühitə canlanma gətirmək üçün yeni təşkilata ehtiyac var. Ayda bir neçə dəfə görüşlər, tədbirlər, imza günləri, konfrans və seminarlar keçirməyi planlaşdırırıq. Gəlcək hədəflərimizdə müxtəlif sənət sahələri üzrə master-klasslar və seminarlar keçirməyi də düşünürük”.

Daha sonra “Eşit” təsisçilərindən Bəxtiyar Elcan dərnəyin yaranma zərurətindən və gələcək planlarından danışıb.

# 3382 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər