Əsərləri dövlət varidatı elan edilən müəlliflərin çoxcildlik nəşrlərinin hazırlanması təklif edilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elnarə Akimova çıxış edib.
Deputat bildirib ki, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı hazırlanıb: “Çox yaxşı olardı ki, həmin siyahıda yer alan müəlliflərin əsərləri xüsusi seriyada çoxcildlik nəşrlər şəklində çap edilsin. Bu təklifimi irəli sürərkən latın qrafikalı nəşrlərin gerçəkləşdirilməsi naminə Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitabların mədəni həyatımızda misli görünməmiş bir hadisə olduğunu minnətdarlıq hissi ilə qeyd etmək istərdim”.
Əsərləri dövlət varidatı elan edilən müəlliflərin nəşrlərinin hazırlanması təklif edilib
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026