Ermənistanda kilsənin televiziya kanalı bağlana bilər

Ermənistanda kilsənin televiziya kanalı bağlana bilər
21 oktyabr 2025
# 16:07

Ermənistanda kilsənin “Şoqakat” televiziya kanalı bağlana bilər.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Joxovurd" məlumat yayıb.

Məlumata görə, Ermənistanda “Audiovizual media haqqında” qanuna dəyişiklik layihəsi hazırlanır. Layihəyə əsasən, ictimai yayım statusuna malik televiziya kanallarının sayı 3-dən 2-yə endirilə bilər. Bu kanallar arasında kilsəyə məxsus “Şoqakat” kanalı da var və layihənin həmmüəllifi Taqui Kazaryan kanalın bağlanmasını istisna etməyib.

Kazaryan bildirib ki, bir neçə il ərzində dövlət bu televiziya kanalını heç bir müsabiqə aparmadan maliyyələşdirib. Hesab edilir ki, vəsaitlər daha səmərəli istifadə oluna bilər: “Məncə, bu vəsaitlər müsabiqələr yolu ilə müvafiq məzmunlu proqramların sifarişi üçün xərclənə bilər, həmin müsabiqələrdə “Şoqakat” da iştirak edə bilər”.

Qeyd edək ki, müxalifət nümayəndəsi Lilit Qalstyanın kanalın maliyyəsinin yarısını kilsənin ödəməsi barədə arqumentlərini inandırıcı saymayıb və “Şoqakat”ı müxalifətin yürüş və mitinqlərini işıqlandırmaqda ittiham edib.

# 1375 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər