Ermənilərin növbəti oğurluğunun qarşısı alınıb

Ermənilərin növbəti oğurluğunun qarşısı alınıb
26 avqust 2024
# 16:30

Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” adlı mahnısının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Kulis.az xəbər verir ki, musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilmiş və “Youtube” platformasında yerləşdirilib.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 2 avqust tarixində geniş məlumat yayılıb və bu halın aradan qaldılıması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinib.

Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə, sözlərinin bayatılardan ibarət olması və erməni ifaçı Minas Ovanesyanın (Mino) tərəfindən C.Quliyevin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və bəstəkarın pozulmuş hüquqları bərpa edilib.

APA

# 2073 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər