Ermənilərin Eldar Mansurovun əsərlərini oğurlaması ilə bağlı arayışlar hazırlandı

Eldar Mansurov

Eldar Mansurov

27 fevral 2023
# 15:30

Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar Agentlik tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında Arayış hazırlanıb və yayılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib.

Bununla yanaşı, görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi Youtube kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və Youtube kanalında və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı Agentlik tərəfindən Arayışlar hazırlanıb və KİV-lərdə yayılıb.

Növbəti erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub. Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib.

# 2561 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər